Rumıniyada 5,6 maqnituda gücündə zəlzələ baş verib

Bakı. 28 oktyabr. REPORT.AZ/ Rumıniyada 5,6 maqnituda gücündə zəlzələ baş verib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geloji Xidməti (USGS) məlumat yayıb.

Seysmoloqların məlumatına görə, zəlzələ bazar günü Kovasna dairəsinin Komandau kommunasından 12 km cənub-şərqdə qeydə alınıb. Yeraltı təkanların ocağı 148 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Bu gün səhər (yerli vaxtla saat 05.02) Qırğızıstanın şimal bölgəsində zəlzələ baş verib.

Digər xəbərlər