Rumıniya Prezidenti Klaus Yohannis NATO-dan ölkəsindəki mövcudluğunu gücləndirməyi xahiş edir.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rumıniya lideri moldovalı həmkarı Maya Sandu ilə görüşdən sonra keçirdiyi brifinqdə deyib.
Yohannis gələn həftə Brüsseldə keçiriləcək NATO-nun fövqəladə sammitində ölkəsində alyansın güclənməsinə dair çağırış edəcəyini bildirib.
"Qara dəniz regionu NATO-nun Baltikyanı ölkələrdəki şimal cinahı kimi yaxşı qorunmalı və gücləndirilməlidir. Biz NATO doktrinasına əməl etmək üçün ərazimizdə əlavə müttəfiq qüvvələrin olmasını xahiş edəcəyik", - Rumıniya Prezidenti qeyd edib.