Rumıniya Kiyevdəki səfirliyini yenidən açır

Rumıniya hakimiyyəti ölkənin Kiyevdəki səfirliyini yenidən açmaq qərarına gəlib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri Boqdan Auresku bildirib.

"Səfirliyin fəaliyyəti lazımi texniki hazırlıqlar və təhlükəsizlik tədbirləri tamamlandıqdan sonra ən qısa zamanda bərpa olunacaq", - nazir qeyd edib.

Ukrayna Xarici İşlər Nazirliyi xəbər verir ki, indiyədək Kiyevdə 17 diplomatik nümayəndəlik öz işini bərpa edib.

Digər xəbərlər

Britaniya Ukraynaya 25 min dron verib 08 sentyabr, 2026 / 20:03