Ruhani: "İran Yaxın Şərqdə ABŞ-la müharibə istəmir"

Bakı. 27 sentyabr. REPORT.AZ/ İran prezidenti Həsən Ruhani bildirib ki, rəsmi Tehran Yaxın Şərqdə ABŞ-la müharibənin baş verməsini istəmir.

"Report"un məlumatına görə, bu barədə RİA "Novosti" xəbər yayıb.

Ruhani həmçinin vurğulayıb ki, Tehran Yaxın Şərqdə gərginliyin genişlənməsini istəmir. Lakin İran prezidenti əlavə edib ki, Vaşinqton özünün bu regionda mövcud olmasının səbəblərini izah etməlidir. 

Digər xəbərlər

Brüsseldə 21 etirazçı həbs edilib 09 oktyabr, 2026 / 18:45