ABŞ dövlət katibi aprelin 16-18-də Parisdə Aİ nümayəndələri ilə Ukrayna məsələsini müzakirə edəcək

ABŞ dövlət katibi Marko Rubio və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff aprelin 16-18-də Parisdə Avropa ölkələrinin nümayəndələri ilə Ukrayna böhranının həllini müzakirə edəcəklər.

“Report” xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus açıqlamasında bildirib.

"Marko Rubio və Stiven Uitkoff aprelin 16-18-də Fransaya səfər edəcəklər. Onlar Prezident Donald Trampın qan tökülməsini dayandırmaq məqsədinə nail olmaq üçün avropalı həmkarları ilə danışıqlar aparacaqlar", - diplomat qeyd edib.

Onun sözlərinə görə, M.Rubio həmçinin regionda ümumi maraqların irəliləməsi yollarını müzakirə edəcək.

Qeyd edək ki, daha əvvəl Rubio və Uitkoffun Fransaya səfər edəcəyi barədə məlumat verilmişdi.

Xəbər lenti