Romada (İtaliya) "RAI" telekanalında təhqiqat proqramının aparıcısı Siqfrido Ranuççinin maşını partladılıb.
"Report" xəbər verir ki, bu barədə telekanalın saytında məlumat verilib.
Partlayış nəticəsində qonşu avtomobillər və bina zədələnib, xəsarət alan olmayıb. Jurnalistin qızı partlayışdan bir neçə dəqiqə əvvəl oradan keçib.
Polis terror aktı versiyasını araşdırır: partlayıcının avtomobilin altında yerləşdirildiyi ehtimal olunur.