Avroparlamentin sədri: “Referendum İspaniya konstitusiyası və Avropa qanunlarına ziddir”

Bakı. 29 sentyabr. REPORT.AZ/ “İspaniyada keçiriləcək referendum ölkə konstitusiyası və Avropa qanunlarına ziddir”.

“Report” xəbər verir ki, bunu Avropa Parlamentinin sədri Antonio Tayani TASS-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, məsələnin İspaniya hökuməti ilə Kataloniya hakimiyyəti arasında danışıqlar yolu ilə siyasi səviyyədə müzakirəsi ən yaxşı həll olar: "Bu danışıq bütövlükdə İspaniya üçün vacibdir. Bu, Avropanın deyil, İspaniyanın daxili problemidir”. 

Digər xəbərlər