Bakı. 14 iyul. REPORT.AZ/ Qüdsdə üç naməlum şəxs polis əməkdaşlarının toplaşdığı istiqamətdə atəş açıb.
"Report" "Jerusalem Post"a istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər yaralanıb.
Məlumata görə, insident Köhnə şəhərin Şir qapılarında - Qüdsün tarixi mərkəzində divarla dövrələnmiş ərazidə baş verib.
Polis terroristləri zərərsizləşdirə bilib. Hadisə nəticəsində yaralanan üç nəfərdən ikisinin vəziyyəti kritikdir.