Qrenlandiyada daşqınlar nəticəsində azı 4 nəfər itkin düşüb

Bakı. 18 iyun. REPORT.AZ/ Şənbə günü axşam Qrenlandiyanın qərb sahilində baş vermiş zəlzələ və sunamidən sonra azı 4 nəfər itkin düşüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli KNR radiosunun saytında məlumat yerləşdirilib.

"Gecə baş verən daşqınlardan sonra azı 4 nəfər itkin düşmüş hesab edilir", — deyə məlumatda qeyd olunur.

Polisdə ölənlər barədə məlumat yoxdur. Bildirilir ki, ikisi ciddi olmaqla 9 nəfər xəsarət alıb.

Dörd bal gücündə zəlzələ Nuuqaatsiak qəsəbəsindən 30 km. aralıda baş verib. Sunami səbəbindən bu yaşayış məntəqəsində 11 evə ziyan dəyib.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09