Qırğız Respublikasını İssık-Kul vilayətində silahlı kişi turizm şirkətinin əməkdaşlarına hücum edib.
"Report" TASS-a istinadən xəbər verir ki, İssık-Kul polisindən onun 2 nəfəri güllələdiyi və 1 qadını girov götürərək gizləndiyi bildirilib.
İlkin məlumata görə, qətl məişət zəminində törədilib. Hazırda kimliyi müəyyənləşdirilən cinayətkarın saxlanılması məqsədi ilə hadisənin baş verdiyi Ak-Suy rayonuna xüsusi təyinatlı dəstə göndərilib.
Polisdən bildirilib ki, xüsusi təyinatlıların əməliyyatına paytaxtdan gələn Daxili İşlər nazirinin müavini Mirdan Kanimetov rəhbərlik edəcək.