Bakı. 9 yanvar. REPORT.AZ/ HƏMAS hərəkatının nəzarəti altında olan Qəzza zolağının Daxili İşlər Nazirliyi çərşənbə axşamı ötən il noyabrın 11-də Fələstin anklavı ərazisində İsrail xüsusi təyinatlılarının əməliyyatlarında iştirak edən 45 nəfərin saxlanıldığını bəyan edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Ma'an" agentliyi məlumat yayıb.
İdarədən bildiriblər ki, İsrailin 45 "cəsus, xəbərçi və köməkçisi" xüsusi təyinatlıların həmləsinin ardından başlayan Daxili Təhlükəsizlik Xidmətinin reydləri zamanı tutulub.