Bakı. 10 fevral. REPORT.AZ/ Efiopiyanın Hərbi Hava Qüvvələrinin Sudanın Cənubi Sudanla sərhədindəki Abey mübahisəli ərazisinin Kaduqli şəhərinə uçan vertolyotu qəzaya uğrayıb.
Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
BMT-nin Abey ərazisində təhlükəsizliyin təmin olunması üzrə müvəqqəti qüvvələrinin məlumatına görə, hadisə zamanı vertolyotda 23 nəfər olub. Onlardan 3-ü həlak olub, daha 10 nəfər yaralanıb. Qeyd edilir ki, yaralılardan 3-ü ağır vəziyyətdədir.
Qəzanın başvermə səbəbi hələ müəyyənləşdirilməyib, araşdırmalara başlanılıb.
Daha əvvəl Efiopiyada xüsusi xidmət orqanlarının 30-dan çox əməkdaşı korrupsiyada və insan hüquqlarının pozulmasında şübhəli bilinərək həbs olunub.