ABŞ-nin xüsusi nümayəndələri Cared Kuşner və Stiv Uitkoff Qətərin paytaxtı Dohadadırlar, lakin İran nümayəndələri ilə birbaşa görüşlər keçirməyəcəklər.
"Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Məcid əl-Ənsari bildirib.
Onun sözlərinə görə, amerikalı nümayəndələr qətərli vasitəçilərlə görüşəcək və danışıqlar prosesinin gedişatını müzakirə edəcəklər.
Qətər XİN nümayəndəsi həmçinin bildirib ki, 6 milyard dollar məbləğində dondurulmuş İran aktivləri hələ Tehrana köçürülməyib.
Qeyd edək ki, ABŞ və İran arasında danışıqlar iyunun 30-da Dohada keçiriləcək.