Qərbi Hollivudda atışma zamanı 2 nəfər ölüb, 3-ü yaralanıb

Bakı. 17 sentyabr. REPORT.AZ/ Amerikanın Kaliforniya ştatının Qərbi Hollivud şəhərində atışma zamanı ən azı 2 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə KTLA5 telekanalı məlumat yayıb.

Qərbi Hollivud şəhəri Los-Anceles aqlomerasiyasına daxildir.

İnsident nəticəsində daha iki və ya üç nəfər ağır yaralanıb.

Hadisənin motivləri və atəş açan şəxs barədə məlumat yoxdur.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12