Əfqanıstanda buraxılış məntəqəsinə hücum olub, 7 polis ölüb

Əfqanıstanda “Taliban” silahlılarının Nəzarət Keçid Məntəqəsinə hücumu nəticəsində 7 polis əməkdaşı ölüb.

“Report” “Tolo News”a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Bildirilib ki, hadisə avqustun 4-də gecə saatlarında Qəndəhar əyalətinin cənubunda baş verib.

Məlumata görə, hücumun məsuliyyətini “Taliban” üzərinə götürüb.

Digər xəbərlər

Çində 7 maqnitudalı zəlzələ olub 22 oktyabr, 2026 / 19:28