Qazaxıstandakı hərbi institutda araşdırmalara başlanılıb

Qazaxıstan Müdafiə Nazirliyi Almatıdakı Quru Qoşunlarının Hərbi İnstitutunda araşdırmalara başlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, buna səbəb kursantların ali məktəbi kütləvi şəkildə icazəsiz tərk etmələridir.

Məlumata görə, dünən institutun 210 kursantı təhsil müəssisəsindən çıxıb.

İnstitutun rəhbəri, general-mayor Dulat Adırbekov bildirib ki, buna səbəb kadr təyinatları ilə bağlı fikir ayrılığı olub. Kursantların tələbi keçmiş komandiri geri qaytarmaqdır.

Hadisə ilə bağlı onların valideynləri məlumatlandırılıb.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10