Qazaxıstanda bir il ərzində 11 terror aktının qarşısı alınıb

Bakı. 12 dekabr. REPORT.AZ/ Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi (MTK) bu il terror xarakterli 11 aksiyanın qarşısını alıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə MTK-nın sədr müavini Nurqali Bilisbekov bildirib.

"2017-ci ildə terror xarakterli 11 zorakılıq aksiyasının qarşısı alınıb", - o, Qazaxıstan parlamentinin yuxarı palatasında ekstremizm və terrorizmlə mübarizə məsələləri üzrə qanunvericiliyə edilən dəyişikliklərə həsr olunmuş görüşdə deyib.

N.Bilisbekov söyləyib ki, ölkədə sabit vəziyyət təmin edilib.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09