Bakı. 4 oktyabr. REPORT.AZ/ Qazaxıstanda 4,6 bal gücündə zəlzələ olub.
"Report"un məlumatına görə, bu barədə "Kazinform" agentliyi xəbər verib.
Xəbərdə bildirilir ki, yeraltı təkanlar yerli vaxtla saat 00:51-də qeydə alınıb. Zəlzələnin episentri Almatıdan 224 kilometr şimalda yerləşib. Zəlzələ ocağı 15 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilmir.