Qazaxıstan Senatına seçkilər keçiriləcək

Qazaxıstan parlamentinin Yuxarı Palatası - Senata seçkilər 12 avqustda baş tutacaq.

“Report” xəbər verir ki, bununla bağlı Qazaxıstan respublikasının prezidenti Kasım-Jomart Tokayev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən ölkə hökumətinə, Nur-Sultan, Almatı və Şımkent şəhərləri, habelə bölgələrin administrasiya rəhbərlərinə Senator seçkisinə təşkilati, maddi-texniki və maliyyə dəstəyi göstərmək üçün tədbirlər görmək tapşırılıb.

Digər xəbərlər