Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verən hakim Tomoko Akane Beynəlxalq Cinayət Məhkəməsinin sədri seçilib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, onun müavinləri Rosario Salvatore və Rein Alapini-Qansu seçiliblər.
T.Akane söyləyib ki, o, Roma Əsasnaməsini ratifikasiya etməmiş dövlətlərlə dialoqun gücləndirilməsinə diqqət yetirəcək.
Qeyd edək ki, T.Akane 2023-cü ildə V.Putinin həbsinə order verib.