Putin İsraildə səfərdədir

Rusiya Prezidenti Vladimir Putin İsraildə səfərdədir.

“Report” “Sputnik”ə istinadən xəbər verir ki, Vladimir Putin 5-ci Ümumdünya Holokost Forumu ərəfəsində İsrailin Təl-Əviv şəhərinin aeroportuna enib.

5-ci Ümumdünya Holokost Forumu bu gün başlayacaq.

Qeyd edək ki, onlarla dünya lideri Osventsim konslageri dustaqlarının azad edilməsinin 75 illiyini qeyd etmək, antisemitizm və Holokostun inkarına dözümsüzlüyü bildirmək üçün Qüdsdə toplanırlar.

Digər xəbərlər