Puerto-Rikoda 10 nəfər "Mariya" qasırğasının qurbanı olub

Bakı. 24 sentyabr. REPORT.AZ/ Puerto-Rikoda 10 nəfər "Mariya" qasırğasının qurbanı olub.

"Report"un məlumatına görə, bu barədə "CNN" regionun qubernatoru Rikardo Roselloya istinadən xəbər verib.

ABŞ-ın Qasırğalarla Mübarizə üzrə Milli Mərkəzinin məlumatına görə, "Mariya" Birləşmiş Ştatların şərq sahillərinə yaxınlaşır.

Qasırğa beş kateqoriyalı təhükəlilik üzrə üçüncü kateqoriyaya aid edilir.

Digər xəbərlər