Bakı. 20 noyabr. REPORT.AZ/ Bazar ertəsi Portuqaliyanın cənubunda yerləşən Altu-Alenteju bölgəsində yolun bir hissəsi çöküb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
Bildirilir ki, yol Borba və Vila-Visoza yaşayış məntəqələrini birləşdirib. Hadisə yerinə yanğınsöndürən və xilasedicilər, həmçinin hava nəqliyyatı vasitəsi cəlb olunub. Dağıntılar altında 4-5 nəfərin qala biləcəyi ehtimalı var.
"Jornal de Noticias" qəzeti öz növbəsində yazır ki, yolun çökməsi səbəbindən azı 2 nəfər həyatını itirib.