Portuqaliyada yanğınsöndürən təyyarə qəzaya uğrayıb, ölən var

Portuqaliyada meşə yanğınlarının söndürülməsində iştirak edən yanğınsöndürən təyyarə qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə "France-Presse" agentliyi məlumat yayıb.

Məlumata görə, qəza zamanı təyyarənin pilotu ölüb.

Qeyd edək ki, respublika ərazisində çoxsaylı meşə yanğınları davam edir. Portuqaliyanın daxili işlər naziri Juze Luiş Karneyronun daha əvvəl qeyd etdiyi kimi, onlar əksər hallarda yanğınla ehtiyatsız davranmağa başlayıblar. Digər səbəb havaların həddindən artıq isti keçməsi olub. Həftə ərzində ölkədə meşə yanğınları nəticəsində azı 187 nəfər xəsarət alıb.

Digər xəbərlər