Portuqaliyada parlament seçkilərində sosialistlər mütləq çoxluğu əldə ediblər

Portuqaliyadan növbədənkənar parlament seçkilərinin yekununda bülletenlərin 99 %-dən çoxu hesablandıqdan sonra Sosialist Partiyası mütləq çoxluğu əldə edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, mütləq çoxluq üçün 230 mandatdan ən azı yarısını - 116-nı almaq lazımdır.

Məlumata görə, hazırda sosialistlər 117 mandatı təmin edə biliblər və mandatların bölgüsünün hesablanması davam edir.

Beləliklə, sosialistlərin lideri Antonio Koşta baş nazirliyi qoruyub saxlayacaq.

00:16

Portuqaliyada növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, ölkə vətəndaşları Respublika Assambleyasının (birpalatalı parlament) 230 deputatını seçiblər.

Seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 12:00) açılıb və saat 19:00-dək (Moskva vaxtı ilə 23:00) işləyib.

İlkin nəticələrin gecə saatlarında açıqlanacağı gözlənilir.

Son rəy sorğuları göstərir ki, seçkilərdə lider mövcud deyil. Əsas rəqiblər Sosial Demokrat Partiyası və Baş nazir Antonio Koştanın Sosialist Partiyasıdır.

Bununla belə, sorğulara əsasən, heç bir siyasi qüvvə parlamentdə yerlərin mütləq əksəriyyətini əldə edə bilməyəcək. Bu o deməkdir ki, seçkilərin yekunundan sonra baş nazirin namizədliyinin təsdiqinə mümkün dəstək məsələsi ilə bağlı tərəflər arasında danışıqlar mərhələsi başlaya bilər.

Digər xəbərlər