Pompeonun KXDR səfərinin təxirə salınma səbəbi məlum olub

Bakı. 28 avqust. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Şimali Koreya Əmək Partiyasının Vahid cəbhə şöbəsinin rəisi Kim Yon Çxol tərəfindən ona yazılan məktubdan sonra dövlət katibi Maykl Pompeonun KXDR-ə səfərini təxirə salmaq qərarına gəlib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu bazar ertəsi ABŞ-ın Prezident Administrasiyasındakı mənbələrə istinadən "The Washington Post" qəzeti yazıb.

Məlumata görə, Pompeonun Trampa təqdim etdiyi məktub "aqressiv tərzdə" yazılıb. Məktubun məzmunu açıqlanmır.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12