ABŞ Dövlət katibi Maykl Pompeo çərşənbə günü YUNİSEF-in icraçı direktoru Henrietta Fore ilə görüşərək, Venesuela və Yəməndəki vəziyyətlə bağlı müzakirələr aparıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin yayımladığı məlumatda deyilir.
Bildirib ki, Yəmən və Venesuela kimi humanitar böhranlar qarşısında YUNİSEF-in işi vacibdi. Burada 11 milyondan çox uşağa humanitar yardımların edilməsinə ehtiyac var.
Görüşdə Pompeo Birləşmiş Ştatların YUNİSEF-in münaqişələrin davam etdiyi yerlərdə uşaqların rifahının yaxşılaşdırılması istiqamətində atdığı addımları çox yüksək qiymətləndirdiyini vurğulayıb.