Bakı. 31 may. REPORT.AZ/ KXDR-in nümayəndəsi Şimali Koreya lideri Kim Çen Inın məktubunu ABŞ prezidenti Donald Trampa çatdıracaq.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib.
"Sədrin müavini Kim Yon Çxol Kim Çen Inın şəxsi məktubunu təqdim etmək üçün Vaşinqtona səfər etməyi planlaşdırır", - deyə ABŞ rəsmisi bildirib.
Pompeo hesab edir ki, ABŞ-la KXDR arasında dialoq hər iki tərəf üçün sülh və tərəqqi baxımından tarixi imkandır.