Pompeo ABŞ-ın İranla bağlı məqsədini açıqlayıb

ABŞ-ın İranda məqsədi müharibə etmək yox, hər şeydən əvvəl İran rəhbərliyinin davranışlarını dəyişməkdir.

"Report" xəbər verir ki, bunu Amerikanın dövlət katibi Mayk Pompeo CNBC-yə müsahibəsində deyib.

"Biz hesablamalarımızda yanılmırıq: məqsədimiz müharibə yox, İran rəhbərliyinin davranışlarını dəyişməkdir. Biz ümid edirik ki, İran xalqı istədiyini və layiq olduğu alacaq", - deyə o bildirib.

Dövlət katibi qeyd edib ki, Vaşinqtonun bölgədə istifadə etdiyi qüvvələr "nəsə olacağı" təqdirdə uyğun şəkildə cavab verməyə hazır olmaq üçün lazımdır.

Digər xəbərlər