Polşanın sabiq baş naziri Donald Tusk Avropa Şurası sədri vəzifəsinin icrasına başlayır

Bakı. 1 dekabr. REPORT.AZ/ Dekabr ayının 1-dən Polşanın sabiq baş naziri Donald Tusk Avropa Şurası sədri vəzifəsinin icrasına başlayıb. O, bu vəzifədə Belçikanın sabiq baş naziri Herman Van Rompeyi əvəz edib.

 Donald Tusk avqust ayının 30-da Avropa Şurası sədri vəzifəsinə seçilib və bu gündən onun icrasına başlayıb. O üzv ölkələrin dövlət və hökumət başçılarını birləşdirən və ən mühüm strateji qərarları qəbul edən Aİ institutu - Avropa Şurasının ikinci daimi nümayəndəsi olacaq. 

H.V.Rompey 2009-cu ilin sonundan  bu vəzifənin icrasına başlayıb, 2012-ci ilin mart ayında növbəti 2,5 il üçün yenidən həmin vəzifəyə seçilib. Belçikanın sabiq baş naziri bildirib ki, öz siyasi karyerasını başa vurur və müəllimlik etmək niyyətindədir.  

Digər xəbərlər