Polşanın əsgəri Belarusla sərhəddə həlak olub

Polşa ordusunun əsgəri Belarusla sərhəddə bədbəxt hadisə nəticəsində həlak olub.

“Report” xəbər verir ki, bu barədə Polşa ordusunun 17-ci mexanikləşdirilmiş briqadasının komandanlığının bəyanatında deyilir.

Bildirilib ki, hadisədə üçüncü şəxslər iştirak etməyib.

Xatırladaq ki, artıq bir neçə gündür Polşa-Belarus sərhədində gərginlik yaşanır.

Belarusa gəlmiş qanunsuz miqrantlar sərhədi keçərək Polşa ərazisinə daxil olmağa cəhd edirlər. Nəticədə hərbçilərlə miqrantla arasında qarşıdurma yaranıb.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10