Polşada Yeni il atəşfəşanlığında iki nəfər ölüb

Polşada Yeni il atəşfəşanlığı nəticəsində 2 nəfər ölüb, daha 7 nəfər yaralanıb.

Bu barədə “Report” ölkənin Dövlət Yanğından Mühafizə Xidmətinin nümayəndəsi Karol Kejkovskinin açıqlamasına istinadən xəbər verir.

Onun sözlərinə görə, şənliklər zamanı pirotexniki vasitələrdən istifadə nəticəsində 700-ə yaxın yanğın hadisəsi qeydə alınıb: “Ən çox zibil qutuları və avtomobillər yanıb. Eyni zamanda Yeni il gecəsi pirotexniki vasitələrin partlaması nəticəsində 2 nəfər ölüb, daha 7 nəfər yaralanıb. Bundan başqa, 12 avtomobilə ziyan dəyib”.

Ümumilikdə, Yeni il ərəfəsində Polşada yanğınsöndürənlərə 1200 dəfədən çox zəng edilib, 149 çağırışın yalan olduğu üzə çıxıb.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10