Polşada silah zavodunda partlayış baş verib

Polşanın Skarjinsko-Kamennaya şəhərində yerləşən “Mesko” hərbi zavodunda güclü partlayış baş verib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Polsat” telekanalı məlumat yayıb.

“Partlayış nəticəsində 41 yaşlı qadın ölüb”, - məlumatda deyilir.

Məlumata görə, hadisə zavod əməkdaşı partlayıcı maddələri qablaşdırarkən baş verib.

Digər xəbərlər

Bessent: ABŞ NATO-da qalacaq 18 yanvar, 2026 / 22:03