Polşa səfiri Ukrayna XİN-ə çağırılıb

Polşanın Ukraynadakı səfiri Bartoş Çiçokki Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyindən bildirilib.

Buna səbəb Polşa Prezidenti Anjey Dudanın beynəlxalq məsələlər üzrə rəsmi nümayəndəsi Marçin Pşidaçın səsləndirdiyi fikirlər olub. Belə ki, o, Ukraynanı nankorluqda ittiham etmişdi.

Görüş zamanı ukraynalıların Polşaya kömək etdiklərinə görə guya nankorluq etmələri barədə deyilənlərin həqiqətə uyğun olmadığı və qəbuledilməz olduğu vurğulanıb.

Digər xəbərlər

Dubayda PUA binaya düşüb 12 mart, 2026 / 05:42