Polis Braziliyada əməliyyat keçirib, 25 nəfər ölüb

Braziliyada polis əməkdaşlarını cinayətkarlığa qarşı mübarizə ilə bağlı xüsusi əməliyyat nəticəsində 25 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli “TeleSur” məlumat yayıb.

Bildirilib ki, əməliyyat Braziliyanın Minas-Jerays əyalətinin Varjina bələdiyyəsindəki bankların qarətində iştirak edənlərin tutulması çərçivəsində keçirilib.

Bildirilib ki, polis əməkdaşlarına silahlı müqavimət nəticəsində əvvəlcə 18, ikinci hücumda isə 7 dəstə üzvü ölüb.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10