Peruda yol qəzasında 17 nəfər həlak olub

Bakı. 10 avqust. REPORT.AZ/ Perunun cənubunda iki avtobusun toqquşması nəticəsində 17 nəfər həlak olub.

"Report" AFP-yə istinadən xəbər verir ki, bu barədə ölkənin yol polisi rəisi Leandro Flores məlumat verib.

Hadisə zamanı 29 nəfər yaralanıb.

Digər xəbərlər

Panama kanalında tıxac yaranıb 21 mart, 2026 / 03:45