Peruda sərnişin avtobusunun dərəyə aşması nəticəsində 11 nəfər ölüb

Bakı. 29 iyul. REPORT.AZ/ Peruda sərnişin avtobusu dərəyə aşıb. Nəticədə 11 nəfər ölüb, 40 nəfər xəsarət alıb. "Report"un RİA "Novosti"-yə istinadən verdiyi xəbərə görə, insident ölkənin cənubundakı Kusko əyalətində baş verib.

Qəza nəticəsində avtobusun 10 metr dərinliyi olan dərəyə yuvarlanaraq göldə batdığı bildirilir.

Yaralılar xəstəxanalara çatdırılıb. 

Digər xəbərlər