Perunun cənubunda avtobusun iştirakı ilə baş verən yol qəzasında azı 8 nəfər ölüb, 20-dən çox insan xəsarət alıb.
Report xəbər verir ki, bu barədə "TV Peru" telekanalı məlumat yayıb.
İlkin məlumata görə, sürücü döngədə idarəetməni itirib və nəticədə avtobus aşıb. Yaralılar yaxınlıqdakı yaşayış məntəqəsinin xəstəxanasına çatdırılıb, onlardan ən azı beşi ağır vəziyyətdədir.
Avtobus Arekipa şəhərindən çıxaraq Kusko departamentinin Sikuani şəhərinə gedirmiş.