Peruda ağır yol qəzasında 15 nəfər həlak olub

Peruda ağır yol qəzası olub.

"Report" xəbər verir ki, bu barədə RPP radiosu məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin cənubunda qeydə alınıb. Apurimak regionunda dağ mədən sənayesi işçilərini daşıyan avtobusun uçuruma yuvarlanması nəticəsində azı 15 nəfər həlak olub, daha 3 nəfər xəsarət alıb.

Hadisə yerinə xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb eidlib.

Digər xəbərlər

Rusiya Zaporojyeyə hücum edib 24 dekabr, 2025 / 10:10