Sakit okeanın Peru sahillərində zəlzələ baş verib

Sakit okeanın Peru sahilləri yaxınlığında 5,7 maqnitudalı zəlzələ baş verib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avropa Aralıq Seysmologiya Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin ocağı ölkənin Akari qəsəbəsindən 48 kilometr cənub-şərqdə, 12 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Digər xəbərlər