Peru sahillərində 6,2 maqnitudalı zəlzələ baş verib

Peru sahillərində 6,2 maqnitudalı zəlzələ baş verib.

"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 700 mindən çox əhalisi olan Truxilyo şəhərindən 94 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 66 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Digər xəbərlər