Pentaqon: Suriyadan çıxarılan hərbçilər İraqda qalmayacaq

ABŞ Suriyadan çıxardığı hərbçilərini İraqda saxlamayacaq.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanına səfəri zamanı ABŞ-ın Müdafiə naziri Mark Esper deyib.

O, həmin hərbçilərin ABŞ-a dönəcəyini qeyd edib, həmçinin bu məsələni sabah iraqlı həmkarı ilə müzakirə etmək niyyətində olduğunu açıqlayıb.

Digər xəbərlər