Pentaqon: İŞİD-in Yəməndəki düşərgəsinə zərbə zamanı onlarla terrorçu öldürülüb

Bakı. 17 oktyabr. REPORT.AZ/ ABŞ-ın silahlı qüvvələri Yəməndə İŞİD terror qruplaşması əleyhinə əməliyyat keçirib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Penqaton məlumat yayıb.

Məlumatda qeyd olunur ki, ABŞ-ın silahlı qüvvələri Əl-Beyd vilayətində İŞİD terrorçuları hazırlayan iki düşərgəyə zərbə endirib. Zərbə nəticəsində onlarla terrorçu məhv edilib.

Əməliyyatın təfərrüatları açıqlanmır. Pentaqonda bildiriblər ki, terroçuların silahları "AK-74" avtomatları, pulemyot və qumbaraatanlardan ibarət olub.  

Digər xəbərlər

Rusiyada nazir saxlanılıb 18 fevral, 2026 / 10:21