Britaniya parlamentariləri Krallığın Avropa İttifaqının (Aİ) tərkibindən çıxması haqqında təkrar referendumun keçirilməsi üçün "Brexit" möhləti barədə düzəlişlərin əleyhinə səs veriblər.
"Report" "Sky News"a istinadən xəbər verir ki, deputatlardan 334-ü düzəlişlərin əleyhinə, 85-i isə lehinə səs verib.
Daha əvvəl Britaniya parlamentariləri Avropa İttifaqı (Aİ) ilə "Brexit" barədə saziş layihəsini qəbul etməyiblər.