Parisdəki Notr-Dam-de-Şam kilsəsində bir gündə iki yanğın baş verib

Fransanın paytaxtı Parisdəki Notr-Dam-de-Şamp katolik kilsəsində bir gündə iki yanğın baş verib.

"Report" xəbər verir ki, bu barədə "Figaro" hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, alov ağacdan hazırlanmış panellərə ziyan vurub. Yanğın tez bir zamanda söndürülüb, itki yoxdur.

Kilsə qeyri-müəyyən müddətə ziyarətçilər üçün bağlı qalacaq.

Bundan əvvəl isə səhlənkarlıq ucbatından kilsədə yanğın başlayıb. İlkin ehtimala görə, yanğına səbəb elektrik dövrəsində yaranan nasazlıq olub.

Digər xəbərlər

Tramp BBCni məhkəməyə verib 16 dekabr, 2025 / 07:20