Pakistanın şimal-qərbində ekstremistlərin hücumu nəticəsində üç polis ölüb

Pakistanın Xebər Paxtunxva əyalətində ekstremistlərin polis furqonuna silahlı hücumu nəticəsində azı 3 hüquq-mühafizə orqanı əməkdaşı həlak olub.

“Report” xəbər verir ki, bu barədə “Dawn qəzeti” məlumat yayıb.

Polis sözçüsü nəşrə bildirib ki, hücum nəticəsində üç polis əməkdaşı ölüb.

O qeyd edib ki, əməliyyat-axtarış tədbirlərinə başlanılıb, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə şəraitini araşdırır.

Hücuma görə məsuliyyəti “Təhrik-e-Taliban Pakistan” (Pakistan Taliban Hərəkatı) öz üzərinə götürüb.

Digər xəbərlər

İlon Mask Corc Sorosu geridə qoyub 23 oktyabr, 2026 / 07:43