Pakistanda yaşayış binasında qaz partlayışı olub, ölən və yaralananlar var

Pakistanın Jelam şəhərində yerləşən üçmərtəbəli yaşayış binasında qaz partlayışı nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Dawn” qəzeti xilasetmə xidmətlərinin nümayəndələrinə istinadən məlumat yayıb.

Dağıntılar altında insanların olduğu bildirilir, xilasetmə işləri aparılır.

Digər xəbərlər