Pakistanda partlayış törədilib, 4-ü hərbçi olmaqla 6 nəfər ölüb, 20 nəfər yaralanıb

Bakı. 5 aprel. REPORT.AZ/ Pakistanın Laxor şəhərində terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 4-ü hərbçi olmaqla azı 6 nəfər ölüb, 20 nəfər yaralanıb.

“Report” “Geo.tv”yə istinadən xəbər verir ki, partlayış nəticəsində iki avtomobilə və bir motosikletə ziyan dəyib.

Hadisə yerində xilasetmə əməliyyatı keçirilir. 

Digər xəbərlər