Pakistanda əldəqayırma qurğu partlayıb, beş polis yaralanıb

Pakistanın Lakki-Marvat şəhərində baş verən partlayış nəticəsində ən azı beş polis əməkdaşı, o cümlədən bir zabit xəsarət alıb.

"Report"un məlumatına görə, bu barədə "Dawn" nəşri yerli polisə istinadən xəbər verib.

Terrorçuların yol kənarında park edilmiş motosikletdə quraşdırdıqları əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində xəsarət alan polis əməkdaşları tibbi yardım üçün rayon xəstəxanasına çatdırılıb.

"Hədəf Şahbazhel polis bölməsinin polis patrulu olub", - məlumatda bildirilib.

Son bir neçə ay ərzində Xayber-Paxtunxva əyalətinin Bannu, Peşəvar, Karak, Lakki-Marvat və Bacaur rayonlarında polis qüvvələrinə silsilə hücumlar həyata keçirilib.

Digər xəbərlər