Pakistan Hindistanla münaqişədə Rusiyanın vasitəçi olmasına razılaşıb

Bakı. 1 mart. REPORT.AZ/ "İslamabad Rusiyanın Hindistan və Pakistan arasında vasitəçi rolunu üzərinə götürmək təşəbbüsü ilə razıdır".

"Report" Pakistanın "The Dawn" nəşrinə istinadən xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri Mehmud Kureşi bildirib.

"Hindistanın mövqeyini bilmirik, amma demək istəyirəm ki, Pakistan sülh danışıqlarına dair Rusiyanın təklifini qəbul etməyə hazırdır", - XİN başçısı deyib.

Xatırladaq ki, dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin Pakistanla Hindistan arasında qızışan gərginliyin nizamlanması məqsədi ilə müzakirələrin təşkil edilməsinə hazır olduğunu söyləyib.

Digər xəbərlər

Çində 7 maqnitudalı zəlzələ olub 22 oktyabr, 2026 / 19:28